Xəbər lenti

Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “El Expediente” və “LaOtraCara” portallarında tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Azərbaycanın yenidən dünyaya gəlişi” başlıqlı məqaləsi dərc olunub.

 

Bizimazşaz bildirir ki, Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən mülki yaşayış infrastrukturunun, dini ibadət yerlərinin, memarlıq nümunələrinin və çoxəsrlik mədəniyyət incilərinin dağıdıldığını və yağmalandığını bildirib.

Bu xüsusda, müəllif “Qafqazın Xirosiması” adlandırdığı Ağdam şəhərində şahidi olduğu erməni vandalizmini xüsusi qeyd edib, şəhərin bir daha yaşayış üçün əlverişli hala gətirilə bilinməməsi üçün maksimum dərəcədə məhv edildiyini, Ağdam Dram Teatrının, Çörək Muzeyinin, yüzillik sarayların yerlə-yeksan edildiyini, məscidlərdə heyvan bəslənildiyini, Ağdamın “Qarabağ” futbol klubunun stadionunun yararsız hala salındığını məlumat verib.

Müəllif Cəbrayıl şəhərində kütləvi məzarlıqların talan edildiyini və erməni silahlı qüvvələrinin bu prosesdən gəlir mənbəyi kimi də istifadə etdiyini, habelə ətrafdakı çoxillik su bulaqlarını tamamilə qurutduğu və həmin bulaqları bəzəyən müxtəlif fiqurları talan etdiyini qeyd edib.

Şuşanın Azərbaycan üçün mənəvi dəyəri və ölkə mədəniyyətindəki müstəsna yeri haqda danışan kolumbiyalı jurnalist, əlçatmaz Şuşa qalasının Azərbaycan silahlı qüvvələrinin qeyri-adi şücaəti və əzmkarlığı sayəsində azad edildiyini vurğulayıb. Qədim Şuşa qalasının əzəməti və Cıdır düzünün gözəlliyinə heyran olduğunu ifadə edən müəllif, burada da Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminin qurbanı olduğunu bildirib.

Bu ərazilərdə şəhər və qəsəbələrin yenidən qurulması və azərbaycanlı əhalinin öz evlərinə qayıdışına əngəl törətmək məqsədilə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığını deyən müəllif Azərbaycanın burada intensiv minatəmizləmə, bərpa və yenidənqurma işləri həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edib.

Sonda müəllif qədim və gözəl diyarların işğalçı dövlətin vandalizmi nəticəsində xarabalığa çevrildiyinə şahid olduğunu, ancaq dərin mənəviyyat və əzmkarlıq sayəsində yenidən, daha güclü şəkildə doğulmağın mümkün olduğunu Azərbaycan xalqından öyrəndiyini vurğulayıb.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov