Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Report-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri istər Muğla, istərsə də Antalya şəhərlərindəki güclü yanğınların söndürülməsi üçün uğurla və qətiyyətlə fəaliyyət göstərir:
"Həm duaları, həm də fiziki, texniki və canlı qüvvəsi ilə azərbaycanlı qardaşlarımızın bizimlə birlikdə olması gücümüzə güc qatır".