Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna kütləvi meşə yanğınları və insan tələfatı ilə əlaqədar başsağlığı ünvanlayıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, nazir Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.
"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq", - deyə C.Bayramov vurğulayıb.