Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.