Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.
Bizimaz.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə "aysor.am" saytı məlumat yayıb.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan hökumətin iclasında vurğulayıb.