Mövcud razılaşmaların həyata keçirilməsinə töhfə verərsə, Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik səylərini alqışlamağa hazırıq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
"Vasitəçilik səyləri sabitlik, proqnozlaşdırma və mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, o zaman yalnız alqışlamaq olar. Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir", - Peskov qeyd edib.