Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçiriləcək.
Bizimaz.az-n məlumatına görə “Qafqazinfo” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutacaq.
Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.
Prezidentlər, həmçinin dünya gündəmində olan məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
***
Sankt-Peterburqda Rusiya və Belarus Prezidentlərinin görüşü başlayıb. Görüş Konstantinov sarayında keçirilir.