Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq.
Bizimaz.az “report”a istinadən xəbər verir ki, abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imperatorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək.
Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur.
Abidənin yeri hələlik müəyyənləşdirilməyib.