“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.
“Görüşdə regional təhlükəsizlik məsələləri, regional əməkdaşlığın perspektivləri və Avropa İttifaqı ilə əlaqələr barədə danışıqlar aparıldı”, - deyə o vurğulayıb.