Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün NATO-nun Brüsseldəki qərargahında Fransa Prezidenti Emmanuel Makron ilə görüşü başlayıb.
Bizimaz.az-n məlumatına görə“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan NATO Liderlər Sammitində iştirak etmək üçün Brüsseldəki NATO qərargahına gəlib.
***
R. T. Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar müşayiət edir.
Ərdoğan və Makron NATO-nun qərargahında bir araya gəlib. Görüş NATO liderlərinin sammiti çərçivəsində mətbuat üçün qapalı rejimdə keçirilir.