Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib.
Bizimaz.az xəbər verir ki, səfir "Twitter" hesabında paylaşım edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən əvvəl hazırlıqlarla bağlı paylaşım edən Cahit Bağcı bunları yazıb:
"Şuşanı görməyən 2-ci Qarabağ müharibəsinin nə qədər çətin, 44 günlük Zəfərin nə qədər böyük bir qəhrəmanlıq olduğunu anlaya bilməz".