Azərbaycanla İtaliya dost və strateji tərəfdaşlardır.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri prezident İlham Əliyevə etimadnaməni təqdim edərkən bildirib. K.Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirdi, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha gücləndirilməsi üçün səylərini əsirgəməyəcini dedi.
Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdi. Klaudio Taffuri ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunduğunu vurğuladı, bu fəaliyyətin bundan sonra da fəal sürətdə davam edəcəyini diqqətə çatdırdı.