Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Bununla əlaqədar olaraq Qaragöl Azərbaycan Ordusunun hədəflərindən biridir. Burada artıq təxminən 1000-ə yaxın Azərbaycan hərbçisi yerləşib”, – deyə məlumatda iddia edilib.
Qəzet Azərbaycanın artıq dəhlizin tikintisi üçün qrunt yolun çəkilişinə başladığını da vurğulayıb.