Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Ermənistanın xeyrinə qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın xəbərinə görə, S.Qafarova parlamentin iclasında deyib ki, həmin qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və o kağız parçasından başqa bir şey deyil.
“Bu sənəd Avropa İttifaqının siyasətini əks etdirmir”, - deyə S.Qafarova əlavə edib.
Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda saxlanılan erməni terrorçuları hərbi əsir kimi qələmə verib.