Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri əvəzi Nikol Paşinyan arasında telefon danışı baş tutub. 

 

Bizimaz.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair müzakirələr davam etdirilib. Ermənistan – Azərbaycan sərhədindəki son hadisəyə dair fikir mübadiləsi zamanı prezident Vladimir Putin Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarını dəqiq icra etməyin vacibliyini vurğulayıb”,-deyə məlumatda qeyd olunur.