Biz Dağlıq Qarabağ konfliktinin nizamlanması ilə bağlı bütün razılıqların tam, vicdanla icrasına yönəlmişik.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə cari hədəfləri çox ətraflı müzakirə etdik. Ümid edirəm ki, bu gün biz ərazidə yaranan məsələlərin həllinə imkan verəcək konkret addımlar təyin edə bilərik. Təbii ki, asan situasiya deyil”, – deyə o bildirib.
Azərbaycan-Rusiya münasibətlərinə toxunan Lavrov ölkələr arasında çoxlu problemlərin yox, məsələlərin olduğunu bildirib:
“Onların sayı münasibətlərin zəngin olmasıyla əlaqədardır. Onlar hər keçən gün daha da zənginləşir”.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da geniş gündəmi nəzərə alaraq, çoxlu sayda məsələlərin toplandığını söyləyib. O, bu sırada hökumətlərarası komissiyanın fəaliyyəti, beynəlxalq meydanlarda qarşılıqlı fəaliyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı qərarlarının icrasının yer aldığını bildirib.