Prezident ilham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü M. Eynullayev müxtəlif illərdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, təhsil nazirinin müavini, Təhsil Nazirliyinin aparat rəhbəri kimi vəzifələrdə çalışıb. Ötən ilin mayından isə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib.