Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər zamanı I Şəhidlər xiyabanını ziyarət ediblər.
Bizimaz.az Axar.az -a istinadən xəbər verir ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır.
Qonaqlara məlumat verilib ki, ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.