Son illər ölkəmizdə seçkilərlə əlaqadar uğurlar əldə olunub. Bu, Azərbaycanda əldə olunan dayanıqlı sabitliklə bağlıdır. Eyni zamanda hüquqi bazanın yaradılması ilə əlaqədardır.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında MSK üzvülüyünə təsdiq edilən Məzahir Pənahov deyib.
Məzahir Pənahov Azərbaycan xalqını əmin edib ki, məsuliyyətlərini çox yaxşı başa düşürlər:
“MSK-nın fəaliyyəti yalnız qanunvericilik və dövlət maraqlarını gözləmək şərti ilə atılan addımlardan ibarətdir”.