Prezident İlham Əliyev BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam verib.
Bizimaz.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, sərəncama əsasən, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı onun yerinə xarici işlər nazirinin keçmiş müavini Ramiz Həsənov göndərilib.
Qeyd edək ki, Anar Məhərrəmov bu vəzifəyə 2016-cı ildə təyin edilmişdi.