Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı gələn həftə Bakıya gələcək.
Bu barədə Azvision.az-a Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Erkan Özoral məlumat verib.
Diplomat bildirib ki, yeni səfir gələn həftənin əvvəlində Bakıda olacaq. Bundan əlavə diplomat bildirib ki, sabah Bakını tərk edərək Türkiyəyə dönəcək.
Xatırladaq ki, E.Özoral 2016-cı ildə Azərbaycanda səfir postunda fəaliyyətə başlayıb. Onu bu vəzifədə yeni səfir Cahit Bağçı əvəz edəcək.
C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.