“Dağlıq Qarabağda “İsgəndər-M” raket parçalarının tapılması ilə bağlı mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur”.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Hərbi xətt boyunca yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur”,- deyə Peskov qeyd edib.
Xatırladaq ki, D. Peskov bundan öncə verdiyi açıqlamalarda Şuşaya “İsgəndər”in atılması xəbərindən məlumatsız olduqlarını açıqlamışdı.