Xəbər lenti

Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda birbaşa iştirakı və çıxışında olduqca ciddi məsələlərə toxunması önəmli hadisədir.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, xüsusilə tədbirin dili və Prezidentin ingiliscə çıxış etməsinin özü diqqət çəkir. Bəllidir ki, burda əsas niyyət beynəlxalq auditoriyaya mesaj ötürməkdir.

Prezident müharibədən sonra ilk dəfə olaraq çox mühüm bir məsələyə toxundu. Maraqlıdır, niyə Prezident “Ermənistan kapitulyasiyaya imza atdı”, “Münaqişə artıq həll olunub” deyil, “Atəşkəs əldə olunub, ancaq münaqişə ilə bağlı suallar qalır” dedi?

Çıxışın tam mətni hələ təqdim olunmayıb, ona görə Prezidentin əhatə etdiyi mövzunun dərinliyini incələmək çətindir. Ancaq bu ifadələrin özü İlham Əliyevin son proseslərdən narazılığının ilk dəfə ən yüksək səviyyədə ifadəsi sayıla bilər.

Buna bənzər iradını Prezident ötən gün Hərbi Qənimətlər Parkının açılışında da ifadə etmişdi.

Beləliklə, Prezidentin diqqət çəkdiyi məsələləri qruplaşdırmağa çalışaq:

1. Şuşada İsgəndər-M raketinin qalıqlarının tapılmasına Rusiya heç bir izah verməyib;

2. 10 noyabr bəyanatında əksini tapmasına baxmayaraq, erməni silahlı birləşmələri Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında qalmaqda davam edir;

3. Laçın dəhlizindən sui-istifadə edilir və rus sülhməramlıları oranı sanki Ermənistanın ixtiyarına verib;

4. Rus sülhməramlı kontingenti Qarabağdakı məsuliyyət zonalalarında özlərini sülhməramlı kimi deyil, daha çox ermənilərin hamisi, onların işğal planlarını həyata keçirən və ermənilərin Azərbaycan torpaqlarında təkrar və zorla məskunlaşdırılması missiyasını həyata keçirən qüvvə kimi aparır;

5. Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir;

6. Azərbaycanın rəsmi mövqeyinə zidd olaraq, kimlərsə “status” məsələsini gündəmə gətirməyə çalışırlar və s.

Bütün bu və digər səbəblər Prezidentin “münaqişə ilə bağlı suallar qalır” şəklində ciddi etirazını yaratdı. Ancaq bu sözün özü belə mesajdır.

Belə ki, Prezident İlham Əliyev ötən gün Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən, dəmir yumruğun (Dəmir Yumruq əməliyyatı) yerində, düşmənin başını əzməyə hazır olduğunu xatırlatmışdı.

Bugünkü çıxışı isə onun davamı təəssüratını yaradır və düşmənə, eyni zamanda, bəlli güclərə xəbərdarlıq xarakteri daşıyır: Bəyanatda nəzərdə tutulan müddəalar yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan yenə birtərəfli qaydada “sualları Nidaya çevirmək üçün” fəaliyyətə keçə bilər – Valdayda Paşinyanın “nöqtəsi”nə qoyulan “Nida”nın bir ildən sonra Dəmir Yumruğa çevrildiyi kimi...

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov