Xəbər lenti



“Bu gün Azərbaycan həqiqətən də dünyada türk birliyinin daha da möhkəmlənməsi, türkdilli dövlətlər arasında dostluq əlqalərinin daha da güclənməsi üçün ən çox səy göstərən ölklərdəndir. Bir tərəfdən ölkəmizin yerləşdiyi coğrafi mövqe, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanı sözün əsl mənasında Türk dünyasının kilid nöqtəsinə çevirmişdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi, YAP Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Manaf Manafov deyib.

Bu gün türkdilli dövlətlər arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edən Manaf Manafov bildirib ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsi bütün Türk dünyası üçün həm mənəvi, həm də iqtisadi baxımdan tarixi əhəmiyyət kəsb edir: “Həqiqətən də Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Həm də bu, sadəcə olaraq dostlarımızın bizimlə sevincimizi paylaşmaları anlamında deyil. Məsələ bundadır ki, Azərbaycan bu gün Orta Asiya məkanını Avropa ilə birləşdirə biləcək ən əlverişli logistik mərkəzdir. Vətən Müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələri kimi Cənubi Qafqazda yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılmasına dair qəbul edilmiş qərardır. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Məhz buna görə Türk Şurasına üzv dövlətlərin başçıları da öz çıxışlarında xüsusi olaraq qeyd etdilər ki, 2020-ci il türk dünyası üçün həqiqətən də Zəfər ili olub. Türk dünyası Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə daha da güclənib. Digər tərəfdən isə, məhz Zəngəzur dəhlizinin açılması ilə bütün müstəqil türkdilli dövlətlər Xəzər dənizinin şərq və qərb sahillərini əhatə edən coğrafi məkanda vahid logistik infrastrukturlar yaradaraq şərqdə Çin, Pakistan, Hindistan və digər nəhəng iqtisadi potensiala malik olan ölklərlə, qərbdə isə Avropa ölkələri ilə birbaşa əlaqələrini inkişaf etdirəcək və eyni zamanda da vacib tranzit funksiyalarını yerinə yetirəcəklər.”

Daha sonra Manaf Manafov qeyd edib ki, Azərbaycan Ermənistanı bütün beynəlxalq qanunları və ümumbəşəri davranış normalarını pozaraq törətdiyi qanlı cinayətlərə görə döyüş meydanında cəzalandırmaqla tarixi ədaləti bərpa etdi: “30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edildi. Bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındılar, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldular. Bütün bu illər ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirilib. Müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəməyə can atıb. Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi. Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan təxribatlara uymadı. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. Bu Bəyanat əslində Ermənistanın kapitulyasiya aktı oldu və Azərbaycan öz torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi.”

Bizimaz.az
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov