Azərbaycanda səfərim zamanı Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdim.
Bu sözləri AzTV-yə açıqlamasında məşhur “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar Azərbaycanda səfərdə olduğu zaman deyib.
O bildirib ki, azərbaycanlı qardaşlarımla birlikdə olmaq çox xoşdur:
“Bakı çox gözəldir və şəhəri gəzmək mənim üçün çox xoşdur. Burada Türk qardaşlarımızı da görmək onların birlikdə mehriban yaşaması ifadə oluna bilməyəcək qədər xoş hisslərdir. Sahildə gəzdik və qardaş ölkənin vətəndaşları ilə birlikdə gözəl zaman keçirdik”.
“Qarabağ məsələsi bizim də ürəyimizdə sağalmaz bir yara idi. 30 ildir qanayan yaramızın sağalmasına töhfə vermək çox böyük xoşbəxtlikdir. Mühəndis olaraq bu işə dəstək olmaq bizim üçün şərəfdir. Bu günə qədər həm Türkiyədə, həm də ölkə xaricində keçirilən əməliyyatlarda mühəndis heyəti ilə birlikdə iştirak etmişik. Çünki yüksək texnologiya dediyimiz məfhum çatışmayan tərəfləri tamamlandıqda, müharibə zamanı orduya kömək ola bilər. Bununla da qələbə qazanmaq mümkündür”, - deyə S.Bayraktar qeyd edib.