Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.
Bizimaz.az bildirir ki, bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.