Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərxalça ASC-nin İdarə Heyətinin sədri təyin edilmiş Emin Məmmədov qurumun kollektivinə təqdim olunub.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, təqdimatı iqtisadiyyat naziri Mikayıl Cabbarov edib.
Xatırladaq ki, “Azərxalça”nın keçmiş sədri Vidadi Muradov bu yanvarın 9-da həbs edilib, yanvarın 10-da isə vəzifəsindən azad olunub. Bu müddətdə səhmdar cəmiyyətinə onun müavini İslam Qurbanov rəhbərlik edib.