Azərbaycanda siyasi partiya sədrlərinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov məlumat verib. O bildirib ki, səfərdə YAP-ın sədr müavini Tahir Budaqov da iştirak edir.
Qeyd edək ki, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil edilir.
Səfərdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ağ Partiyanın sədri Tural Abbaslı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Demokratik İslahatlar Partiyasın sədri Asim Mollazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Partiyası Əvəz Temixan və başqaları iştirak edir.