Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.
Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.
YAP-ın VII qurultayı martın 5-də keçirilib.