Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
***10:07
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başlayıb.
BAKU.WS xəbər verir ki, qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci il fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbov da var.