Hazırda ABŞ-da müalicə olunan Gənclər və İdman Naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.
Bizimaz.az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib.
O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır.