NATO-nun Baş katibi Yens Stolenberg Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna zəng edərək, hərbi helikopter qəzasıyla bağlı təşkilat adından başsağlığı verib.
“CNN Türk” məlumat verir ki, alyans rəhbəri qurumun Türkiyə ilə həmrəy olduğunu bildirib.
Xatırladaq ki, Türkiyənin Bitlis vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 2 nəfər isə yaralanıb.