"İran tərəfindən bizə müraciət daxil olub. Xüdafərin keçid postunun açılması ilə bağlı fikirlər söylənilib".

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Komitə sədri əlavə edib ki, hökumətlər arasında komissiyanın verəcəyi qərarlardan sonra İran İslam Respublikası ilə yeni postun açılma ehtimalı var:

"Bu postun açılma ehtimalı Qarabağa böyük qayıdışımızın inkişafı üçün önəmli qapılardan biri ola bilər. Bu barədə danışıqlar gedir".