Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları hər zaman bir - birinə təsdət olmuş, sıx əməkdaşlıq bağlarını ta qədimdən bu günə kimi qoruyub saxlamışlar. Ulu öndərimiz Heydər Əliyevin hər bir Azərbaycan vətəndaşının hafizəsinə hopmuş, müdrikcəsinə dediyi kimi “bir millət, iki dövlət” olmuşuq. Türk dünyasının müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərinin özlərinin kədəri, sevincini isə öz sevincləri adlandırması təsadüfi deyilmiş. Kəlamlar deyil. Türk dünyasının hər iki lider şəxsiyyətlərinin dediyi bu müdrik kəlamlar gələcək nəsillərə əbədi bir mesajdır. Türkiyə Azərbaycan arasındakı dostluq – qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Hər iki qardaş ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə təntənə ilə qeyd edilməsi, toy – bayrama çevrilməsi bu dostuluğun, qardaşlığın bariz nümunəsi olduğunu sübut etdi. Qarabağ döyüşlərində türk qardaşlarımızın yanımızda olması, çıxışlarında qanımız bir, canımız bir, şairimiz, Bəxtiyarımız bir elimiz bir deyərək dünyaya mesaj göndərən, Azərbaycanın döyüş meydanında tək olmadığını, türkiyə kimi böyük qardaşının olduğunu və bu cür qardaşı olan ölkənin heç bir savaşdan qorxmayacağın dünya ölkələrinə bəyan etdi. 44 günlük müharibə dövründə də qardaş Türkiyə bizim – yəni haqqın tərəfində olduğunu bütün dünyaya bir daha sübut etdi.
Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilib. Türkiyə, İran, gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər,bu isə regionda sülh və asayişin təminatı deməkdir.
Keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də böyük planlar var və onlar reallaşacaq. Bu layihələrin reallaşması tək ölkəmiz və ya Türkiyə Respublikasına deyil, bütövlükdə region və Avropa ölkələrinə öz töhfəsini verəcəkdir.
Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycan – Türkiyə qardaşlığı bütün sahələrdə olduğu kimi, Qarabağımızdakı quruculuq sahəsində də öz sözünü deyəcəkdir.
Asiya Qəniyeva, Salyan şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi aia.az