Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Bizimaz.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqının kədərini və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edir.
Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün dünya ictimaiyyətinin səylərini əsirgəməməsinin vacib olduğunu hesab edirik”, - deyə qeyd olunub.