Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər.
Bizmaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, - o bildirib.