Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri - TANAP-ın Ankaradakı ofisində olub.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib.
Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.
BAKU.WS