Azərbaycan Baş naziri Əli Əsədov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin prezidentinin köməkçisi Fuad Oktayla görüşüb.
Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
F.Oktay görüş zamanı bildirib ki, Türkiyə daim Azərbaycana dəstəyini göstərəcək:
“Biz tək millətik və dəstəyimizi davam etdirəcəyik. Təkcə müharibə məsələsində deyil, 30 ildir düşmən tapdağı altında olan və Vətən müharibəsi ilə azad edilən bölgələrin bərpasında da sizinlə birlikdə olacağıq. Görəcəyimiz çox gözəl işlər var”.
Əsədov Türkiyənin Qarabağ məsələsində olduğu kimi, COVID-19 pandemiyasının qarşısının alınması üçün Azərbaycana dəstək verdiyini ifadə edib və Türkiyəyə minnətdarlığını bildirib.