Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.
Bizimaz.az xəbər verir ki, Nazirlikdən Axar.az-a bildirilib ki, fevralın 17-də C.Bayramov və S.Lavrov arasında telefon danışığı baş tutub.
Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.