Ermənistandan olan hərbi çağırışçılar həqiqi hərbi xidmət üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilməyəcək.
Bizimaz.az bildirir ki, “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bundan sonra Ermənistandan olan çağırışçılar yalnız respublika daxilində yerləşən hərbi hissələrdə xidmət edəcəklər.
Saytın məlumatına görə, ənənəvi püşkatma zamanı Qarabağın hərbi hissələrinin seçimlər siyahısına salınmadığı məlum olub.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatında və sosial şəbəkə seqmentində qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun ləğvi barədə xəbərlər yayılmışdı.