Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri fevralın 6-da videokonfrans formatında iclas keçirib.
Bizimaz.az bildirir ki, BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, iclas zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzrə dəmiryolu və avtomobil yolunun vəziyyəti, qarışıq yüklərin daşınması məsələləri müzakirə olunub.
Tərəflər görüş zamanı fikir mübadiləsi aparıb, təkliflər irəli sürüblər.
Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılıq etdikləri üçtərəfli işçi qrupu çərçivəsində ekspertlərdən ibarət yarımqrup fəaliyyət göstərir.