Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, sənəd haqqında Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Komitə sədri deyib ki, iki ölkə arasında media sahısində strateji əməkdaşlığı nəzərdə tutan Memorandum 2020-ci ilin dekabrın 10-da Bakı şəhərində imzalanıb.
Onun sözlərinə görə, sənəd iki ölkənin media sahəsində əlaqələrini inkişaf etdirməyə xidmət edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıq inkişaf etdirilib.
İndiki saziş də bu istiqamətdə yeni addımdır.
Bu sənəd milli informasiya məkanını qorumaqla yanaşı, beynəlxalq standarların öyrənilməsinə xidmət edəcək.
Zahid Oruc əlavə edib ki, sənəd bu iki ölkənin mediasının dezinformasiyaya qarşı birgə mübarizəsi üçün yaxşı platformadır: “Çünki bu iki ölkəyə qarşı aparılan dezinformasiya eyni mahiyyət daşıyır”.
Komitə sədri söyləyib ki, memarandum iki ölkə arasında bağlansa da, digər ölkələr üçün açıqdır.