Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin iclasında baxılıb.
Deputatların səsverməsinin nəticələrinə görə, Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinə hakim təyin edilib.
Qeyd edək ki, H.Əfəndiyeva baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.