Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bizimaz.az bildirir ki, XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.