Ermənistan strateji tərəfdaşının fikirlərinə önəm vermir. Nəzərə almaq lazımdır ki, faşist kollaborasionisti Qaregin Njdeyə abidə ucaldılmış Xocavənd rayonu indi Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır.
Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a rusiyalı jurnalist və politoloq Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Ermənistan məqsədyönlü şəkildə Üçüncü Reyxin ortağını qəhrəmanlaşdıraraq millətlərarası qarşıdurmanı alovlandırmağa çalışır:
“Postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməsi üçün müəyyən strategiyanın olmasına baxmayaraq, biz abidənin qoyulmasına göz yumduq.
Hazırkı vəziyyət rəsmi Moskva tərəfindən təcili reaksiya tələb edir, çünki abidə Rusiya sülhməramlılarının məsuliyyət zonasında qoyulub”.