Keçmiş və qondarma “dqr”in keçmiş “prezidenti” Bako Saakyanın mühafizəçisi olmuş Artur Apresyanın meyiti tapılıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, 22 yanvar tarixində, saat 00:05-də Xankəndidəki Bayramyan küçəsində yerləşən parkinqdə “Hunday” markalı maşının sürücüsünün oturacağında 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti tapılıb. Onun başından güllə yarası aldığı, sağ əlində isə tapança olduğu qeyd edilib.
İlkin ehtimala görə, o, intihar edib. İntiharın səbəbləri açıqlanmayıb.