Ötən il Azərbaycana 155 ölkədən 795,700 nəfər gəlib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin son hesabatında bildirilib.
Göstəricilərin kəskin azalmasına səbəb koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın dövlət sərhədlərinin 2020-ci ilin aprelindən dekabrına qədər bağlanması və digər ölkələr tərəfindən oxşar tədbirlərin görülməsi olub.
2020-ci ildə Azərbaycana səfər edənlərin arasında 28,3 % Rusiya, 23,2 % Gürcüstan, 20,2 % Türkiyə, 9,1 % İran, 2,1 % Ukrayna, 1,6 % Hindistan, 1,5 % Səudiyyə Ərəbistanı, 1,1 % Qazaxıstan, hər biri 1,0 % olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər biri % 0,9 - Küveyt və İngiltərə, 0,8 % - Belarus, hər bir 0,7 % - Özbəkistan və İraq, 0,5 % - İsrail, hər biri 0,4 % - Almaniya və İtaliya, 4,5 % - digər ölkələrin vətəndaşları və % 0,1 - vətəndaşlığı olmayan şəxslər yer alır.
Koronavirus pandemiyası, eyni zamanda, xarici turizm statistikasında da ciddi təsir göstərib. 2020-ci ildə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstan - 5,2 dəfə, Rusiyaya - 4,5 dəfə, Türkiyəyə - 3,3 dəfə azalıb.