Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib. Bildirilib ki, Putin görüşün yekunları ilə bağlı Ərdoğanı məlumatlandırıb.
Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini və Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.