2021-ci ildə Arktikada Rusiya ilə ABŞ arasında yeni bir müharibənin başlanması gözlənilir. Əslində, ABŞ-ın Rusiyanın şimal sərhədlərini patrul etmək cəhdləri artıq başlayıb.
Bizimaz.az bildirir ki, bunu Axar.az-a açıqlamasında Rusiya Zabitləri ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.
Onun sözlərinə görə, Əfqanıstan da qaynar nöqtə olaraq qalmaqdadır:
“2021-ci ildə Əfqanıstan-Tacikistan sərhədində də gərginlik müşahidə olunur. Burada da ciddi hərbi toqquşma riski görünür”.
Politoloq 2021-ci ildə dənizdə də toqquşmanın baş verə biləcəyini ehtimal edir:
"Amma bu, Rusiya ilə ABŞ arasında deyil, Çinlə ABŞ arasında baş tutacaq. Həmçinin Şimali və Cənubi Koreya arasında da qarşıdurma ola bilər. Hər şey yaxşı münasibətlərə doğru gedirdi və ümid edirdik ki, daha çox işbirliyi olacaq, amma təəssüf ki, hazırda proses münasibətlərin ciddi şəkildə gərginləşməsinə doğru yol alıb. Ona görə də bu risk davam edir. Xüsusilə ABŞ yenidən KXDR sahilləri yaxınlığında hərbi təlimlər təşkil edərsə, vəziyyəti təxmin etmək çətin olacaq”.