Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.
Əmrə əsasən, Elxan Mikayılov agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.
O bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.